Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti VİDEO

Bakı, 12 dekabr (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir.

Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin inkişaf mərhələləri ilə üst-üstə düşür. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. İşıqlı əməlləri, ölməz xatirəsi həmişə bizimlə olan, günəş kimi Azərbaycanı əbədi nura qərq edən ulu öndərimiz Heydər Əliyevin adı, şöhrəti ilə daim öyünməyə haqqımız vardır və öyünürük...

Ötən on il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmamışdır. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməmişdir. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.

Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışırdılar. Axışırdılar ki, müasir tariximizdə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.

Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri vardı. Çünki bu gün yeniyetməni də, cavanı da, ahılı da buraya bir istək, bir sevgi, bir məhəbbət gətirmişdi: Heydər Əliyev istəyi, sevgisi və məhəbbəti. Özü də onlar təkcə paytaxtı təmsil etmirlər. Bu gün burada Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən olan çoxsaylı qonaqları görmək olardı.

Ziyarətçilər yaxşı bilirlər: Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri vardır. Bu məfkurə müstəqillik illərində inkişaf etmiş, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilmişdir. İnkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.

Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlamış və onların icrasına nail olmuşdur. Nəticədə 1969-1982-ci illər Azərbaycan Respublikasının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlamışdır. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmışdır. Azərbaycan başdan-başa tikinti, abadlıq və mədəni quruculuq meydanına çevrilmişdi. 1969-1982-ci illərdə respublikanın ərazisində 213 iri sənaye müəssisəsi işə salınmışdır. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başlamışdır. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər səviyyəyə çatmışdır.

Ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar Fəxri xiyabana gələn mühəndis Muxtar İmanov Ulu Öndərin xalqımız qarşısındakı bu xidmətlərindən danışaraq demişdir:

- Xalqımızın Heydər Əliyevə çox böyük məhəbbəti vardır. Bu məhəbbət təsadüfdən yaranmamışdır. Ömrünü xalqına həsr edən milli lider Heydər Əliyev bütün istəklərinə nail olmuşdur. Onun istəkləri isə Azərbaycanı qüdrətli, dünyada sayılıb seçilən bir dövlətə çevirməkdən ibarət idi. Hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikanı geridə qalmış kənd təsərrüfatı diyarından qabaqcıl sənaye ölkəsinə çevirmişdir. Bakıda və respublikamızın rayonlarında yüzlərlə zavod və fabriklər tikdirmişdir. Gənclərin təhsilinə xüsusi diqqət yetirirdi. Azərbaycana gələcəkdə ixtisaslı kadrların lazım olacağını bilərək minlərlə gəncin SSRİ-nin görkəmli ali təhsil ocaqlarında təhsil almalarını təmin etmişdir.

Heydər Əliyev sovet dövlətinin qadağalarına baxmayaraq, Bakıda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin abidələrini ucaldırdı ki, xalqın milli ruhu Moskvanın “qardaşlıq” siyasəti ilə məhv edilməsin. Bütün bunlar Azərbaycan xalqını totalitar rejimin diktəsi altında məhv olmaqdan xilas etmişdir. Heydər Əliyev 1993-cü ildə xalqın çağırışına səs verməsəydi, müasir müstəqil Azərbaycan da olmayacaqdı. Heydər Əliyev xalqı darda qoyub getmədi. Qayıtdı və Azərbaycanı məhv olmaqdan xilas edərək onu qüdrətli dövlətə çevirdi. Bu gün Azərbaycan xalqı firavan yaşadığına görə ulu öndər Heydər Əliyevə borcludur. Müdrik xalqımız dahi Heydər Əliyevi hər zaman xatırlayacaq və onun ölməz irsini gələcək nəsillərə ötürəcəkdir.

Bu, həqiqətən də belədir. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə minlərlə azərbaycanlı gənc göndərilmişdir. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Həmin faktın vacibliyini xatırladan Müdafiə Sənayesi Nazirliyinin Sənaye-Cihaz Elmi İstehsalat Müəssisəsinin direktor müavini Məhəbbət Hümbətov deyir:

- Artıq 1980-ci illərin sonlarına yaxın Azərbaycan bu sahədə keçmiş ittifaqın strateji respublikaları ilə rəqabət apara biləcək bir səviyyədə idi. Bu milli zabit kadrları müstəqillik dönəmində müasir Azərbaycan Ordusunun əsasını təşkil etmişdir. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə ulu öndər Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Ulu Öndər hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Məhz bu möhkəm iqtisadi baza müstəqillik illərində Azərbaycanın inkişafını təmin edən başlıca amil olmuşdur.

Ümummilli Lider müstəqillik illərində Azərbaycanı yeni inkişaf müstəvisinə çıxaran tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ulu Öndər ölkədə baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoymuş, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.

Hesablama Palatasının aparat rəhbəri Məhəmmədəli Süleymanov müstəqilliyimizin Heydər Əliyev dönəmini xatırlayaraq deyir:

- 1993-2003-cü illərdə Ulu Öndər dünyanın nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə iqtisadi göstəricilər dəfələrlə artdı. Ölkədə yeni sənaye müəssisələri yaradıldı. “Əsrin müqaviləsi” ilə Azərbaycana sərmayə axını başladı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu yüksəldi.

Ümumilikdə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsinə təkan vermişdir. Ümummilli lider Heydər Əliyevin iqtisadi islahatlar irsini araşdıran mütəxəssislər yazırlar ki, Azərbaycanın yeni inkişaf modelində Ulu Öndərin neft strategiyası mühüm rol oynamışdır. Bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, bu strategiya 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başlamışdır. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni olmuşdur.

Ölkənin iqtisadi müstəqilliyi siyasi islahatlarla möhkəmləndirilməli idi. Bu mənada Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan azadlığı bərqərar olmuşdur. Ümummilli Liderin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” kəlamı Konstitusiyanın birinci maddəsində təsbit edilmişdir.

Konstitusiyanın qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquqi sistemin formalaşdırılması olmuşdur. Ölkəmizdə bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazası yaradılmış, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Anım günündə Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı Apelyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev demişdir:

- Müstəqil ölkəmizin milli Konstitusiyasının qəbulu nəticəsində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi başladı. Bu Konstitusiya cəmiyyətin həyatını tənzimləyən qanunların qəbulu üçün əsas baza rolunu oynayır. Konstitusiyada insan hüquqlarının qorunması, siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi, söz və mətbuat azadlığının təmin olunması üçün çoxsaylı maddələr təsbit edilmişdir ki, bunlar ölkəmizin demokratikləşməsində mühüm rol oynamışdır. Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmlənmişdir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın müstəqilliyinin ilk illərində bunu gözü götürməyən qüvvələr dəfələrlə terror aktları törətmiş, dövlət çevrilişinə cəhdlər olmuş, hətta Heydər Əliyevin həyatına sui-qəsd cəhdləri də olmuşdur. Lakin bütün bunlar Ümummilli Lideri qorxutmamışdır. Onun özü bəyan etmişdir ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. Onun yolu xalq yolu idi. Onun yolu haqq yolu idi. Ona görə Heydər Əliyev ən ağır mübarizələrdən belə qalib çıxırdı. Onun arxasında yalnız bir qüvvə var idi, bu, xalqın qüvvəsi idi. Odur ki, Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqdır. Heydər Əliyev xalqın qəlbində Ümummilli Lider olaraq daim yaşayacaqdır.

Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir. Bu siyasi kursu mükəmməl surətdə davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə böyük nailiyyətlərə imza atmışdır. Artıq iqtisadi inkişafın Azərbaycan modeli dünya dövlətləri üçün örnəkdir.

Heydər Əliyevin fiziki yoxluğundan Azərbaycan xalqını on il ayırır. Bu on il Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olmuşdur. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir lider, dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirir. Məhz ulu öndər Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm yapışan, dünən bizlərə yarıkönül münasibət bəsləyən dövlətlər indi bütün varlıqları ilə Azərbaycana strateji dostluq andı içirlər.

Hazırda sözün böyük mənasında, doğma Azərbaycanımız zəngin sərvətləri, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Artıq Azərbaycanın mükəmməlliyi ilə fərqlənən, peşəkarcasına balanslaşdırılan dövlət siyasəti, o cümlədən xoşməramlı energetika siyasəti örnək rolu oynayır.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın sabahına daim işıq saçacaqdır.

Bu fikirləri dekabrın 12-də Fəxri xiyabana gələn ziyarətçilərin hər birinin dilindən eşitmək olardı. Xalqımızın dahi öndərinə ehtiram əlaməti olaraq Ümummilli Liderin məzarını ziyarət bütün gün ərzində davam etmişdir.

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib