CƏMİYYƏT


Ümumtəhsil məktəblərində peşəyönümlü tədbirlərə başlanılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən paytaxtın ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşəyönümlü tədbirlərə başlanılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Nərimanov, Xətai və Nəsimi rayonlarındakı ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə valideyn və şagirdlərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, onların gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib.

Gələcəkdə hər bir gəncin uğurlu əmək fəaliyyətinin onun düzgün peşə seçimi, həmçinin öz əmək bacarıqlarını obyektiv qiymətləndirməsinin vacibliyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.