ELM VƏ TƏHSİL


Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti gücləndirilir

Bakı, 14 fevral, AZƏRTAC 

Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bununla bağlı imzalanmış müvafiq əmrə əsasən, paytaxt məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”lar daxilində görülən işlərə dair təqdimat və müzakirələrin təşkili nəzərdə tutulur. Bundan əlavə, müvafiq ümumtəhsil müəssisələri arasında müsabiqə təşkil olunacaq.

Həmçinin “Kiçik akademiya”ya rəhbərlik edən müəllimlər üçün təlimlər keçiriləcək. Eyni zamanda, “Kiçik akademiya”nın regional bölmələri yaradılacaq. Ümumtəhsil müəssisələrinin rəsmi saytında müvafiq bölmə açılacaq. Şagirdlərin “Kiçik akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” istiqamətində tədbirlər təşkil olunacaq.

2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən paytaxt üzrə “Kiçik akademiya”larla bağlı elmi-metodik konfransın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, tədbirlərin təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara yönəldilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.