İQTİSADİYYAT


“Unibank” müştəriləri üçün yeni xidmət şöbəsi yaratmışdır

BakI, 27 aprel (AZƏRTAC). Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Unibank”  müştərilərin birbaşa müraciəti üçün xüsusi şöbə yaratmışdır. Şöbədə müştərilər öz müraciətlərini şifahi, yazılı və elektron formada edə bilərlər.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, elektron müraciətlər bu məqsədlə yaradılan elektron ünvana ([email protected])   göndərilir. Müştərilər qaynar xəttə (117 daxili nömrə 4) zəng edərək öz şikayət və iradlarını şöbəyə bildirə bilərlər. Müraciət edən şəxslərə şikayətlərinin statusunu öyrənmək üçün mərkəzləşdirilmiş baza vasitəsi ilə müvafiq kod verilir. Müraciət edən şəxs kodunu saytda yerləşən xüsusi bölmənin  (http://www.unibank.az/az/about-bank/teklif/)  müvafiq hissəsinə yazmaqla müraciətinin həll olunma statusu ilə maraqlana bilər.

Bank tərəfindən istehlakçıların müraciətləri ən azı 10 iş günü ərzində cavablandırılır. Müraciətlə bağlı əlavə araşdırma tələb edilərsə, müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Qeydiyyatı aparılmış müraciətlər isə qeydiyyat bazasında ən azı 5 il müddətinə saxlanılır.

Müştərilərin bank məhsulları və xidmətləri ilə bağlı suallarını cavablandırmaq üçün bankın 117 məlumat mərkəzi də xidmət saatlarını artırmışdır. İndi bankın müştəri xidməti həftənin 6 günü, səhər saat 09.00-dan  axşam 22.00-dək xidmət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.