İDMAN


“Union Berlin” klubu baş məşqçisi Urs Fişerlə müqaviləni yeniləyib

Bakı, 29 sentyabr, AZƏRTAC

Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Urs Fişerlə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, 56 yaşlı isveçrəli mütəxəssislə yeni müqavilənin müddəti açıqlanmayıb.

Berlin klubu baş məşqçinin köməkçisi Markus Hoffmanla da yeni müqavilə imzalayıb.

Fişer 2018-ci ilin iyulundan “Union Berlin”ə rəhbərlik edir.

Komanda yeni mövsümdə 7 turdan sonra 17 xalla Bundesliqanın turnir cədvəlinin liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.