MƏDƏNİYYƏT
Universitetdə “Oracle” təhlükəsizlik mütəxəssisi ilə görüş olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tanınmış “Oracle” təhlükəsizlik mütəxəssisi Pete Finniganın tələbələrlə görüşü olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Oracle İstifadəçiləri Qrupunun və ADNSU İnformasiya Texnologiyaları Departamentinin təşkil etdiyi görüşdə bu ali məktəbin prorektoru, dosent Ata Babayev universitetdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Oracle İstifadəçiləri Qrupunun rəhbəri Kamran Ağayev tələbələrə Oracle haqqında geniş məlumat verib.
Sonra Pete Finniganın təhlükəsizlik mövzusunda çıxışı dinlənilib, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]