CƏMİYYƏT
Uşağın övladlığa götürülməsi ilə bağlı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir
Bakı, 7 oktyabr, AZƏRTAC
Ölümün qeydə alınması, uşağın övladlığa götürülməsi ilə bağlı dövlət qeydiyyatının aparılması, “Elektron məhkəmə” informasiya sistemindən ötürülən məlumatlar əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 7-də keçirilən iclasında birinci oxunuşa müzakirə edilən qanun layihəsi plenar iclasa tövsiyə olunub.