CƏMİYYƏT
Uşaq Bərpa Mərkəzinə xüsusi avadanlıqlar təqdim edilib
Bakı, 16 may, AZƏRTAC
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Uşaq Bərpa Mərkəzində (UBM) ianə mərasimi keçirilib.
AZƏRTAC-a TƏBİB-dən verilən məlumata görə, mərasimdə Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşəbbüsü ilə Uşaq Bərpa Mərkəzinə uşaqların reabilitasiyası üçün xüsusi avadanlıqlar hədiyyə edilib.
Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi, səfirliyin mədəniyyət attaşesi Mihaly Gruber, “MOL Azerbaijan”ın direktoru Atilla Somfai, “Nargis” jurnalı və fondunun hüquqşünası Nərmin Məmmədova, TƏBİB-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev və ETPİ UBM-in Baş həkimi Cəmilə Talıbova iştirak edib.
Qonaqlar Uşaq Bərpa Mərkəzinin fəaliyyəti ilə tanış olub, müalicə alan uşaqlar və onların valideynləri ilə profilaktik söhbətlər aparıblar.
Qeyd edək ki, uşaqların reabilitasiyası üçün verilən hədiyyələr dekabrın 15-də Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkasında toplanan ianələr əsasında həyata keçirilib.