İDMAN


Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan birinciliyində yüksək nailiyyət qazanıb

Bakı, 12 may, AZƏRTAC

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan birinciliyində yüksək nailiyyət əldə edib.

AZƏRTAC Azərbaycan Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.

Birincilikdə 92 klub, cəmiyyət və idman təşkilatlarından 117 qız, 459 oğlan olmaqla 576 nəfər 20 çəki dərəcəsində mübarizə aparıb.

Həmin birinciliyə qatılan Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları 10 qızıl, 8 gümüş, 13 bürünc olmaqla, ümumilikdə 31 medal qazanıb.

Yarışın nəticəsinə əsasən, ümumi hesabda Təhsil Nazirliyinin 1 nömrəli idman liseyi birinci yeri, “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi ikinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.