REGİONLAR
Uşaq musiqi məktəbinin şagirdləri İncəsənət Olimpiadasında uğurla çıxış ediblər
Sumqayıt, 13 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Bakıda keçirilən İncəsənət Olimpiadasında uğurla çıxış ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, olimpiadada fortepiano şöbəsinin şagirdləri Gülayə Allahverdizadə, Səid Vəlizadə, Atilla Quliyev, Məryəm Abbasova, Aylin Dadaşlı, Solmaz Həsənzadə, Valeriya Olxovaya I yerə, Aylin Dadaşlı, İnci Vəlizadə, İbrahim Məmmədzadə II yerə, Ceyran Talıblı, Fidan Həsənli, Mədinə Hacıyeva, Zəhra Kərimova, Səma Vəlizadə, Şəfiqə Əliyeva, Nisə Məlikova, Nəzrin Rüstəmova III yerə layiq görülüblər.
Şagirdləri müsabiqəyə müəllimləri İradə Bədəlova, Təranə Eminli, Tamilla Qasımova, İlahə Səfərova, Lətafət İbrahimova, Sevda Məcidova və Esmira Əliyeva hazırlayıblar.
Həmçinin İncəsənət Olimpiadasında simli alətlər şöbəsindən Mariya Vəlibəyova II yerə və violin ansamblı III yerə layiq görülüb. Ansamblı müəllim Fidan Abbasova hazırlayıb.