CƏMİYYƏT


“Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Bakı, 17 dekabr, AZƏRTAC

Uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk sıralarda yer tutur. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Burada, həmçinin ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozuntularına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, dekabrın 20-də institutun akt zalında “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda keçiriləcək elmi-praktik konfrans bu məsələlərə həsr olunacaq.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda pediatr, neonatoloq, nevropatoloq və psixiatrlar iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.