MƏDƏNİYYƏT


Uşaq yazıçısı ilə görüş

Bakı, 4 avqust, AZƏRTAC

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzinin akt zalında Everest Nəşriyyat Evinin baş redaktoru, İrs Nağıl Evinin müdiri, uşaq yazıçısı Solmaz Amanova ilə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Solmaz Amanova ilə keçirilən görüş yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Görüş çərçivəsində yazıçı S.Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, həmçinin “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verib, eləcə də müzakirələr aparıb.

Sonda uşaqlar müəllifin sözlərinə bəstələnmiş mahnı ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.