İDMAN


Useyn Bolt çəkisizlik şəraitində sprinter qaçışı keçirib

Bakı, 14 sentyabr, AZƏRTAC

Qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat Olimpiya çempionu, yamaykalı Useyn Bolt sıfır qravitasiya şəraitində qaçışda iştirak edib. “Sports Illustrated” portalının məlumatına görə, qaçış Fransa üzərindən uçan, modifikasiya edilmiş “Airbus Zero-G” təyyarəsində keçirilib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yüngül atletikada karyerasını başa vurmuş, planetin ən bərk qaçan sakini qaçışda iki kosmonavtla yarışıb və sonda qələbə qazanıb.

Bolt sıfır qravitasiya şəraitində dörd dəqiqə olub və keçirdiyi hissləri “Twitter” səhifəsində paylaşıb. O bildirib ki, özünü “şirniyyat mağazasındakı uşaq kimi” hiss edirmiş.

Xatırladaq ki, Useyn Bolt hazırda 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə qaçış üzrə dünya çempionudur. Son vaxtlar qüvvəsini futbolçu qismində sınayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.