İQTİSADİYYAT


“Utair” aviaşirkətinin Bakı-Moskva reysi təxirə salınıb

Bakı, 31 yanvar, Elvin Camalov, AZƏRTAC

Əlverişsiz hava şəraiti ilə əlaqədar “Utair” aviaşirkətinin Bakı-Moskva reysi təxirə salınıb.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, saat 15:00-da həyata keçirilməli olan UT-746 saylı Bakı-Moskva reysi Moskvada yağan güclü qar səbəbindən təxirə salınıb. “Utair” aviaşirkətinə məxsus “Boeing B737-440” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvanın “Vnukovo” aeroportuna uçmalı idi.

Qeyd edək ki, Moskvada yağan güclü qar səbəbindən 20-yə yaxın aviareys təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.