CƏMİYYƏT


Utrextdə yaşayan Azərbaycan icmasına V Qurultayın nəticələri barədə məlumat verilib

Bakı, 12 may, AZƏRTAC

Niderlandın Utrext şəhərində “Birlikdə Güclüyük” Fondunun İdarə Heyəti üzvlərinin Azərbaycan icmasının nümayəndələri ilə görüşü keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Birlikdə Güclüyük” Fondunun həmsədri İlkanə Qoca 2022-ci il aprelin 22-23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında ətraflı məlumat verib və təəssüratlarını bölüşüb. Mötəbər tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı əsas məqamlar, soydaşlarımıza və diaspor təşkilatlarına tövsiyələri icma üzvlərinin nəzərinə çatdırılıb.

Eyni zamanda, fondun həmsədri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mövcud vəziyyətinə, Şuşaya və Ağdama səfərlərinə, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda, o cümlədən Ağdamda kütləvi şəkildə basdırılan minalar probleminə diqqəti cəlb edib.

Tədbirdə Azərbaycan dilini, tarixini, mədəniyyətini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün atılacaq addımlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Utrext əyalətində yaşayan Azərbaycan icması üzvlərinin gələcək planları haqqında da müzakirələr aparılıb, onların fikirləri dinlənib. İcmanın istəkləri və arzuları əsasında iş planı hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.