CƏMİYYƏT


Üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 7 mart, AZƏRTAC 

Üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin AZƏRTAC-a bildiriblər ki, ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və həmin silaha aid iki patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.