İQTİSADİYYAT
VOLEYBOLÇULARIMIZ “BAHAR KUBOKU” TURNİRİNİN QALİBİDİRLƏR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, turnirdə Avropanın 15 ölkəsinin yığma komandaları və bir klub – “Qala ulduzları” çıxış etmişlər. Azərbaycan voleyboçuları yarışların sponsorlarının təşkil etditkləri “Qala ulduzları” klubunu, Danimarka və Slovakiya yığmalarını məğlubiyyətə uğradaraq, yarımqrupda birinci yeri tutmuşdular.
Sonra Faiq Qarayevin yetirmələri İspaniya yığması üzərində inamlı qələbə qazanmışlar – 3:0, yarımfinalda Belarus komandasını məğlubiyyətə uğratmışlar.
Finalda komandamız ev sahibləri – Çexiya idmançıları ilə görüşmüşlər. Qızlarımız həmin oyunda da qələbə qazanaraq, bu nüfuzlu Kuboka layiq görülmüşlər.
Demək lazımdır ki, bu yarışlarda təcrübəli voleybolçularımız Alla Həsənova, Yelena Şabovta və İnessa Qorxmaz çıxış etməmişlər. Çünki Məşqçilər onlara Avropa çempionatının seçmə turniri ərəfəsində dincəlməyə imkan vermişlər. Bu çempionatın birinci dövrəsi iyunda Slovakiyada keçiriləcəkdir.