ELM VƏ TƏHSİL


V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş İnstitutu tərəfindən birgə icra olunan V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, layihənin ikinci mərhələsində sinqapurlu riyaziyyat mütəxəssisləri azərbaycanlı həmkarlarına riyaziyyat dərsliklərinin təhlili prosesinin təfsilatı haqqında 5 təlim proqramı keçir. Təlimlərin əsas mövzusu dərsliklərin təhlili mərhələləri, metodikası, şagirdlərin məzmunu mərhələli və praktik şəkildə öyrənməsi üçün tətbiq edilən metodların dərsliklərdə düzgün əks etdirilməsidir.

Eyni zamanda, yerli mütəxəssislər dərsliklərin təhlilində nəzəri biliklərin praktik cəhətdən tətbiqini təmin etmək üçün sinqapurlu mütəxəssislərlə birlikdə mövcud dərsliklərdən seçilmiş hissələrin təhlilini aparırlar.

Təlimlərdə 7 yerli riyaziyyat mütəxəssisi əsas iştirakçı olmaqla yanaşı, Dövlət İmtahan Mərkəzinin, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun nümayəndələri də iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.