İDMAN
V Vüqar Həşimov Memorialı: Bolqarıstanlı şahmatçı liderliyini davam etdirir
Şəmkir, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Şəmkirdə V Vüqar Həşimov Memorialında altıncı turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda Hollandiya təmsilçisi Aniş Giri çexiyalı David Navaraya qalib gəlib.
Turun digər partiyalarında Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov Polşa idmançısı Radoslav Voytaşeklə, Rauf Məmmədov bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin isə norveçli Maqnus Karlsenlə heç-heçə edib.
Hesabında 4 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen və A.Giri 3,5 xalla 2-3-cü yerdə qərarlaşıblar. T.Rəcəbov, R.Məmmədov, D.Liren, S.Karyakin 3 xalla 4-7-ci, Ş.Məmmədyarov və R.Voytaşek 2,5 xalla 8-9-cu pilləni bölüşürlər. D.Navara isə 2 xalla sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]