İQTİSADİYYAT
Vahid Ələkbərov: Neft qiymətləri 68-75 dollar civarında qalacaq
Moskva, 22 iyul, AZƏRTAC
“OPEC+” ölkələrinin neft hasilatının həcmini bərpa etmək barədə qərarından sonra neft qiymətləri 68-75 dollar civarında qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə bildirib. Onun sözlərinə görə, hazırda neftin qiymətinin düşməsi müvəqqəti haldır.
V.Ələkbərov qeyd edib ki, indi neft istehlakı sabitdir və Avropada, ABŞ-da, xüsusilə də Çində getdikcə artır. Çində isə neft istehlakı, demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.
Xatırladaq ki, iyulun 18-də “OPEC+” ölkələri aylıq neft hasilatını avqust ayından başlayaraq 400 min barel artırmaq barədə qərar qəbul edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]