Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vahid Novruzov: Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər mühüm olduğu qədər də realdır

Vahid Novruzov: Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər mühüm olduğu qədər də realdır

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə qaldırılan məsələlərlə bağlı AZƏRTAC-ın müxbiri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

-Vahid müəllim, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən müşavirədə ölkənin ictimai-siyasi həyatının və iqtisadiyyatın bir sıra taleyüklü problemləri müzakirə edilib. Siz bir ziyalı kimi 2020-ci ilin yekunlarını necə səciyyələndirirsiniz?

- İlk növbədə, ötən ilin əvvəlindən təşəkkül tapmağa başlamış, getdikcə güclənmiş və tarixi qələbəmizlə yekunlaşmış, işğal edilmiş torpaqlarımızın mənfur düşməndən azad olunması ilə nəticələnmiş şanlı Vətən müharibəsi zamanı öz pik həddinə çatmış vətəndaş həmrəyliyini qeyd etmək istərdim. Danılmaz faktdır ki, yeni siyasi mədəniyyətin təzahürü olaraq ölkə əhalisinin bütün zümrələrinin, o cümlədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının dialoqa qoşulmaları, yaşından, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərin düşünülmüş, müstəqilliyimizin möhkəmlənməsinə istiqamətlənmiş və milli mənafelərimizin qorunmasına yönəlmiş cəsarətli və humanist siyasəti ətrafında bir yumruq kimi birləşməsi 2020-ci ildə qazandığımız bütün uğurların əsasını təşkil edib.

Hələ illər öncə Prezident İlham Əliyevin söylədiyi sözləri xatırlatmaq istərdim: “Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir”.

Bu yeni təşəbbüslər sırasında torpaqlarımızın işğaldan azad olunması istiqamətində ölkə Prezidentinin bütün dünyada hərbi-siyasi yolların yeni təfəkkür məzmunlu uzlaşdırılması kimi dostlarımızı şadlandıran, düşmənlərimizi isə reallıqla barışmağa vadar edən milli təhlükəsizlik strategiyasının reallaşması Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 2020-ci ili şanlı il kimi dəyərləndirməyə imkan verir.

- Bəs, ölkə iqtisadiyyatının ötənilki nəticələrini necə dəyərləndirərdiniz?

- Təkrarçılığa yol verməmək üçün uğurlarımız barədə müşavirədə qeyd olunan faktlar üzərində dayanmaq istəməzdim. Həm də ona görə ki, digər ürəkaçan nəticələr göz qabağındadır.

Məsələn, “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuş “Dayanıqlı İnkişaf Hesabatı İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Halbuki bu göstəriciyə görə Rusiya 75-ci, Gürcüstan 58-ci, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan isə 75-ci yerdədir. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizinə sahib olan Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir ki, bu da öz növbəsində, ölkəmizdə uğurla reallaşdırılan şəffaflıq strategiyasının nəticəsi kimi dəyərləndirilə bilər. Məlumat üçün bildirmək istərdik ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sırasında birinci məqsəd kimi “Yoxsulluğa son” göstərilib. Ölkəmizdə uğurla reallaşdırılan inkişaf strategiyası nəticəsində Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enib. DİM-dən biri də “Bərabərsizliyin azaldılması” göstəricisidir. Fəxrlə demək olar ki, Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə belə ölkəmiz yaradılmış investisiya mühiti ilə də öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb, bu sahədə zəruri tədbirlər 2020-ci ildə də davam etdirilib.

Xarici investorlara zəmanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərbəst hərəkəti, xarici investorların mənafelərinin qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındadır.

Son dövrdə xüsusi diqqət yetirilən müəssisələrə optimal vergi yükünün müəyyənləşdirilməsi, nəzarətin müasirləşdirilməsi, kredit siyasətinin səmərəliliyinin artırılması, sahibkarlığa dəstək və xarici iqtisadi siyasətin dəstəklənməsi dövlətimizin maraq dairəsinə daxil olan məsələlərdəndir.

Məlumdur ki, son illərdə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib.

Dünya Bankının “Doing Business” reytinqinin nəticələri də ötən ildəki iqtisadi uğurlarımızı nümayiş etdirir və dünyanın 10 ən islahatçı ölkələrindən biri olduğumuzu göstərir.

- Belə bir halda bəzi üzdəniraq iqtisadçıların ölkəmizin uğurlu inkişafına qara yaxmalarına necə baxırsınız?

- Dünyada baş verən arzuolunmaz siyasi, iqtisadi və sosial proseslər, o cümlədən pandemiya son iki onillik ərzində yüksək sürətlə inkişafa zəmin yaratmış Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli sayəsində uzun müddət ölkəmizdə digər dövlətlərdən fərqli olaraq iqtisadi fəallıq davam etmiş olsa da, yeni iqtisadi situasiya özünü büruzə verib. Bir çox obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatının bəzi sahələrində arzuolunmaz vəziyyət yaranıb və yalnız Azərbaycan Prezidenti İlham Əliyevin çevik və eyni zamanda, yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində dayanıqlı iqtisadi durum bərqərar olub. Ölkədən kapital axınının cilovlanması, mal və xidmət istehsalçıları üçün yerli və xarici bazarlara çıxışın təmin olunması, bütün növ investisiyaların cəlbinə münbit şərait yaradılması və onların prioritet layihələrinin reallaşdırılmasına və məsələlərin həllinə yönəldilməsi, müasir tələblərə cavab verən kadrların hazırlanması, korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizə, idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər müasir dövr üçün ölkə başçısının iqtisadi siyasətinin yalnız bir hissəsini təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, başqa ölkələrin işlərinə qarışmaq cəhdləri bəzən qeyd edildiyi kimi, ayrı-ayrı ictimai qurumların, fondların və lobbiçilik təşkilatlarının könüllü fəaliyyətləri kimi başa düşülməməlidir. Dünyanın fövqəldövlətlərindən biri olan ABŞ-ın sabiq prezidenti Obamanın fikirlərinə diqqət yetirin: “Xarici ölkələrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və Vaşinqton həmişə bütün dünyada müxtəlif QHT-ləri dəstəkləyəcək”.

Belə yanaşmaların mahiyyəti Prezident İlham Əliyevin belə bir fikrində açıqlanır ki, “İqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan haqları qorunmursa, uğur qazana bilməzsən”. Prezident dırnaqarası iqtisadçılara xitabən haqlı olaraq deyib: “Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: iqtisadiyyat düzgün aparılmır, elədir, belədir. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.

Uzun müddət dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olan ölkəmizdə də uğurlu tərəqqiyə zəmin yaratmış cəsarətli iqtisadi islahatlar və müharibə şəraitində olmasına baxmayaraq müsbət sosial, siyasi və ictimai çalarlarla müşahidə olunan iqtisadi sıçrayışa gətirib çıxaran Azərbaycanın iqtisadi inkişaf modelinin müasir tələblər baxımından modernləşdirilməsi problemi aktuallaşıb ki, ölkə iqtisadçıları və müvafiq qurumlar bu sahədə tədbirlərin hazırlanması və tətbiqi ilə məşğuldurlar və heç kimin şeyx Nəsrullahlığına lüzum yoxdur.

Onu da qeyd edim ki, məhz belələri və mövcud beşinci kalonun nümayəndələri özgə dəyirmanına su tökməyi özlərinə rəva görməklə “mütəfəkkirlik” ideyasına yoluxmaqlarından bixəbərdirlər. İkili standart rejimində işləyən isə nə qədər desən var.

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilib. Dövlətimizin başçısı diqqəti ona yönəldib ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Şanlı Qarabağ müharibəsi ərzində və Böyük Qayıdışa rəvac verilən indiki dönəmdə biz bir çox ölkələrin mövqelərinin şahidi olduq. Nəinki Avropada, həm də dünyanın bəzi ölkələrində Azərbaycanın imicinə ziyan vurmaqda maraqlı olan müəyyən qüvvələr var ki, bizim bəzi “küskünlər” də onların əlində alətə çevrilirlər. Məhz bu faktı nəzərdə tutaraq, Prezident İlham Əliyev deyib ki, Azərbaycana qarşı “soyuq müharibə”ni faşizm, irqçilik, antisemitizm, islamofobiya və ksenofobiya tərəfdarları, müsəlman ölkəsinin inkişafını istəməyən qüvvələr həyata keçirirlər. İkili standartların tətbiqinin əsas sahələrindən biri də dünyanın müxtəlif bölgələrində həyata keçirilən rəngli inqilablar və ölkələrin sərhədlərinin dəyişdirilməsi, yaxud bunlara cəhdlərdir. Bunlar isə Azərbaycana münasibətdə boş xülyadan başqa bir şey deyil.

- Vahid müəllim, müşavirədə həm də xərclərdən səmərəli istifadəyə, korrupsiyaya qarşı mübarizə və bütövlükdə şəffaflığın artırılmasına dair ölkə Prezidenti tərəfindən bir sıra dəyərli göstərişlər verildi. Bununla bağlı nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin proqram xarakterli göstərişlərində mühüm vəzifə kimi qarşıya qoyulan şəffaflıq problemləri ilə bağlı məsələlərin yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcək. Ümumiyyətlə isə, şəffaflığın artırılması və maliyyə resurslarından səmərəli istifadə hər bir ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib ünsürlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir.

O ki qaldı, korrupsiyaya, bu, cəmiyyət üçün ciddi iqtisadi, siyasi və sosial təhlükə mənbəyi kimi çox qorxulu neqativ sosial bəladır. Korrupsiyanın dağıdıcı təsiri hər şeydən əvvəl hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, “kölgə iqtisadiyyatı”nın, ondan törəyən mənfi halların geniş yayılmasına zəmin yaradır. Bütün bunlar nəticə etibarilə beynəlxalq arenada ölkələrin nüfuzuna mənfi təsir göstərir. Ən təhlükəlisi isə son illərdə bir sıra ölkələrdə müşahidə edildiyi kimi, siyasi situasiyanın nəzarətdən çıxmasına və demokratiyanın pozulmasına gətirib çıxarır. Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyətində əsassız müdaxilə və maneə halları mümkün olur, istehlakçıların hüquqları pozulur. Təbii ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin əsas leytmotivi olan möhkəm iradənin mövcudluğudur. Dünya ölkələrində korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlər onu göstərir ki, bu mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə olunur. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır.

Prezidentin dediyi kimi, “Korrupsiyaya qarşı uğurlu mübarizə üçün güclü siyasi iradə olmalıdır və o da vardır”. Dövlətimizin başçısının belə bir fikrini də vurğulamaq yerinə düşər: “Öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”. Göstərilən məqsədə çatmağın yolları da Prezident İlham Əliyev tərəfindən göstərildi və onların həll edilməsi müvafiq qurumlara tapşırıldı. “Vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır” tapşırığı isə yeni dövrün çağırışlarından biri kimi müstəsna əhəmiyyət kəsb edir.

2020-ci ildə ölkəmizdə ikili mühasibatlığın ləğvi, gəlirlərin düzgün bəyan edilməsi, hesabatların reallığı və şəffaflığın artırılması, vergi, gömrük və nəzarətin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində tədbirlər sistemi işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir. Bütün bunlar isə ölkəmizdə iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq.

Sualınızı cavablandırarkən son olaraq ölkə Prezidentinin yanvarın 6-da keçirilən müşavirədəki fikirlərinə qayıtmaq istərdim: “Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir”.

- Müşavirədə ölkə iqtisadiyyatının 2021-ci ildə inkişafı yolları da diqqət mərkəzində olub, gözlənilən tərəqqinin istiqamətləri və mənbələri haqqında maraqlı təklif və tövsiyələr səsləndirilib. Mən isə Sizdən Böyük Qayıdışla bağlı fikirlərinizi soruşmaq istərdim.

- Ölkəmizdə dünya üçün çox nadir inkişaf modeli yaradılıb. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar və cəhdlər var idi. Biz siyasi iradə, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq öz qürurumuzu müdafiə etdik. Sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələr bundan ibarətdir ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlansın. Bütün bölgələrimiz bərpa edilsin. Qarşıda duran böyük quruculuq işləri hər birimizin üzərinə mühüm vəzifələr və məsuliyyət qoyur. Biz artıq torpağı işğal altında olan məzlum bir xalq kimi yox, düşməni darmadağın edən, öz ərazilərimizi işğaldan azad edən məğrur bir xalq olaraq daha yüksək ruh və coşqu ilə öhdəmizə düşən işləri yerinə yetirməli, ölkə rəhbərimizin ətrafında daha monolit şəkildə birləşməliyik. Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı Qələbədən də daha güclü iqtisadiyyata varis olmalıyıq. Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində öz istiqamətimizi düzgün müəyyənləşdirərək, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa edilib çiçəklənməsinə ən optimal yol və vasitələrlə nail olaq.

Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2020-ci il noyabrın 24-də “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransın işində Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev, Azərbaycan Kooperasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Əməkdar elm xadimi Bəyalı Ataşov, həmçinin digər görkəmli alim və mütəxəssislər, müvafiq nazirlik və dövlət qurumlarının nümayəndələri, peşəkar auditorlar, mühasiblər və qiymətləndiricilər, ali təhsil müəssisələrinin təmsilçiləri, iş adamları iştirak ediblər. Bu elmi-praktik konfransın nəticələrini özündə ehtiva edən tövsiyələr hazırlanıb və xidməti istifadə üçün müvafiq qurumlara təqdim edilib.

Prezident İlham Əliyevin ölkəmizə böyük qələbələr və imic qazandıran, səmimi olduğu qədər də kəsərli, şəffaf olduğu qədər də xeyirxah, bəşəri olduğu qədər də milli müstəqil dövlət siyasətinin məqsədi Azərbaycanda daxili sabitliyin möhkəmlənməsini və iqtisadi inkişafın daim yüksəlişini təmin etməkdir. Çünki dövlətimizin başçısının qarşıya qoyduğu hədəflər həmişə mühüm olduğu qədər də realdır. Prezidentimizin özünün dediyi kimi “bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Bu baxımdan Dünya İqtisadi Forumunun prezidentinin İlham Əliyevə ünvanladığı sözlər çox ürəkaçandır: “Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında