ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu üzrə müsahibədə 113 nəfər uğur qazanıb
Bakı, 15 avqust, AZƏRTAC
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in avqustun 15-i saat 10:20-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 113 nəfər uğur qazanıb. Onlardan 31-i Dövlət Statistika Komitəsində, 25-i Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 3-ü Abşeron Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.