ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 56 namizəd uğur qazanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in oktyabrın 17-si saat 12:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 56 nəfər uğur qazanıb. Onlardan 30-u Təhsil Nazirliyində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 6-sı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 3-ü Maliyyə Nazirliyində, 2-si Əqli Mülkiyyət Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.