SİYASƏT
Vanessa Lavrens: Azərbaycanın Kembric Konfransında iştirak etməsi çox əhəmiyyətlidir VİDEO
Kembric, 31 iyul (AZƏRTAC). Azərbaycanın Kembric Konfransında təmsil olunması çox əhəmiyyətlidir.
Bu sözləri Böyük Britaniyanın milli xəritəçəkmə təşkilatının baş direktoru Vanessa Lavrens AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirilmişdir ki, Azərbaycan ötən illərdə olduğu kimi, bu ilki konfransda da yüksək səviyyədə təmsil olunmuşdur. Azərbaycan nümayəndələrinin texniki, kartoqrafik təcrübələrini bölüşülməsi yüksək qiymətləndirilməlidir.
Konfransda, həmçinin torpaq eroziyası kimi qlobal önəm daşıyan məsələlər də müzakirə edilmişdir. Azərbaycan region üzrə təcrübələrini müxtəlif ölkələrin təmsilçiləri ilə bölüşmüşdür. Bu baxımdan təcrübə mübadiləsi böyük önəm kəsb edir.
V.Lavrens qeyd etmişdir ki, Azərbaycan, həmçinin geoməkan informasiyalarının idarə edilməsi, bu sahəyə investisiyaların cəlb olunması, gənclərin maarifləndirilməsi üçün layihələrin həyata keçirilməsi kimi qlobal əhəmiyyət daşıyan məsələlərdə də çox fəaldır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Kembric