DÜNYA


Vaşinqton ata Corc Buşla vidalaşır

Bakı, 4 dekabr, AZƏRTAC

Noyabrın 30-da 94 yaşında vəfat etmiş ABŞ-ın 41-ci prezidenti Corc Buşla vida mərasimi başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ata Corc Buşun nəşi prezident təyyarəsinin göyərtəsində Vaşinqtona gətirilib.

Vida mərasimi Kapitoli rotondasında keçirilir. Mərhum prezidentin dəfn olunacağı gün - dekabrın 5-i ölkədə milli matəm günü elan edilib.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birgə mərasimdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.