SİYASƏT


Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan uzun illər ərzində işğal altında qalan ərazilərini geri qaytarmaqla digər ölkələrə də ümid vermiş oldu.

AZƏRTAC xəbər verir ki, bu fikri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışında ifadə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirən Vayra Vike-Freyberqa deyib: “Prezident İlham Əliyev bu dəstəyi bizim Mərkəzin fəaliyyətinə müdaxilə, təsir və ya göstəriş etmədən verib. Azərbaycan Prezidenti bizim forumda müzakirə etmək istədiyimiz məsələlərə də heç vaxt qarışmayıb. Biz məsələləri tamamilə müstəqil şəkildə müzakirə edirik. Biz düşüncə, ifadə və söz azadlığına görə minnətdarıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.