ELM VƏ TƏHSİL
Vəfa Yaqublu: Şagirdlərin biliyinin ölçülməsi vacibdir
Bakı, 21 yanvar, AZƏRTAC
Tədris ilinin əvvəlində valideynlərə paylanılan iltizam vərəqələrində də qeyd edilmişdi ki, övladının biliyi qiymətləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları ilə bağlı onlayn müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, şagirdlərin biliyinin ölçülməsi vacibdir. Summativ qiymətləndirmə ilə müəyyən edə biləcəyik ki, şagirdlərin biliyində hansı çatışmazlıqlar var.
Xatırladaq ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.