CƏMİYYƏT


Vegetarian həyat tərzi heç də həmişə məqbul deyil

Bakı, 11 oktyabr, AZƏRTAC

Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegetarianlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib.

O, deyib: “Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır”.

İbrahim Əhmədovun dediyinə görə, bəzi ciddi xəstəliklər zamanı isə vegetarianlığın müəyyən növləri nəinki məsləhət görülür, hətta vacib hesab edilir: “Bitki mənşəli və süd məhsulları ilə qidalanma demək olar ki, bütün xəstəliklərdə məqsədəuyğundur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.