ELM VƏ TƏHSİL


Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı, 4 fevral, AZƏRTAC

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Ramil Abulov ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Anar Bağırov Ramil Abulovun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Vəkillər Kollegiyasının sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

Anar Bağırov bildirib ki, vəkillik sahəsində görülən işlər geniş ictimaiyyətə məlumdur və ölkəmizdə vəkilliyə maraq artmaqdadır: “Nəzərinizə çatdırım ki, hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür. Ümid edirəm ki, əməkdaşlıq çərçivəsində vəkillik peşəsinə sizin marağınız daha da artacaq”.

Sədr vurğulayıb ki, Ramil Abulovun mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Vəkillər Kollegiyası tərəfindən lazımi şərait yaradılacaq.

Müsabiqə qalibi Ramil Abulov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Vəkillər Kollegiyasının sədrinə yaradılan imkana görə təşəkkürünü bildirib. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.