İDMAN


Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib

Bakı, 16 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 15-də Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Bayıl Arena"da baş tutan oyun Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" kollektivi üz-üzə gəlib.

V.Qasımov ilk hissədə "Veteranlar", fasilədən sonra isə "Dostlar" komandasının heyətində yer alıb. Hər hissəsi 25 dəqiqədən ibarət olan matç 5:5 hesabı ilə başa çatıb. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.

Oyundan sonra Vəli Qasımov media nümayəndələrinə açıqlama verərək deyib: “Mənə dəstək olduqları üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Gözəl gün yaşadıq. Rusiya, Portuqaliya və İspaniyadan gələn dostlarıma da təşəkkürümü bildirirəm”.

V.Qasımov UEFA Avropa Liqasının final matçının səfiri olmasından qürur duyduğunu bildirib: "Avropa Liqasının finalının Bakıda keçirilməsi çox yaxşı haldır. Fəxr edirəm ki, final matçının səfiriyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.