DÜNYA


Venesuela neft hasilatını artırmaq üçün Çindən 5 milyard dollar kredit alacaq

Bakı, 4 iyul, AZƏRTAC

Venesuela ilə Çin arasında 5 milyard dollarlıq kredit müqaviləsi imzalanıb. Kredit Venesuelanın neft istehsalı üzrə investisiyalarının maliyyələşdirilməsi üçün istifadə olunacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Venesuela 5 milyard dollarlıq krediti neftin istehsalını artıracaq layihələrə xərcləyəcək.

Bundan başqa, Çin İnkişaf Bankı Venesuelanın dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkətinə neft istehsalını artırmaq üçün həyata keçirəcəyi layihələrdə istifadə etmək üçün 250 milyon dollarlıq birbaşa investisiya vəsaitini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.