DÜNYA


Venesuelada elektrik təchizatı bərpa edilib

Bakı, 13 mart, AZƏRTAC

Venesuelanın elektrik təchizatında yaranan böhran praktiki olaraq tam aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, Interfax informasiya agentliyi bu barədə Venesuelanın informasiya naziri Xorxe Rodrigesə istinadla məlumat yayıb.

“Hazırda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat demək olar ki, tam bərpa edilib”, - deyə nazir Karakasda yerləşən “Miraflores” prezident iqamətgahında jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Rodriges ölkə ərazisinin 80 faizində elektrik təminatının kütləvi şəkildə kəsilməsinin kiber hücum səbəbindən baş verdiyini deyib. Bir qədər əvvəl Venesuelanın hakimiyyət orqanları insidentə görə ABŞ-ı ittiham etmişdi.

Eyni zamanda, nazir “enerji müharibəsinin” davam etməsi səbəbindən əhalini sayıqlıq göstərməyə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.