SİYASƏT


Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran AZƏRTAC-da olub.

İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə iki ölkənin aparıcı media qurumlarının fəaliyyəti barədə danışılıb, mədəniyyət, tarix, idman və digər sahələr üzrə xəbər mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.

Qonağa AZƏRTAC barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 100 yaşını qeyd etməyə hazırlaşan agentlik son illərdə beynəlxalq informasiya təşkilatlarında iştirakını aktivləşdirib. AZƏRTAC bir sıra media qurumlarının üzvü olmaqla yanaşı, onların rəhbər strukturlarında da təmsil olunur. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edib. İspandilli ölkələrin informasiya agentlikləri ilə əlaqələrin genişləndirilməsinə də önəm verən AZƏRTAC bir ildən çoxdur ki, ispan dilində xəbərlər yayır.

Azərbaycanda və regionda baş verənlər barədə xəbərləri AZƏRTAC-dan əldə etdiyini deyən Kristofer Alberto Martinez Berroteran agentliyin informasiya buraxılışında öncül mövqedə olduğunu vurğulayıb. Venesuelanın mətbuat ənənələrindən danışan səfir ölkəsindəki bir neçə aparıcı media qurumu barədə məlumat verib. Bu sırada 200 illik tarixi olan gündəlik “Correo del Orinoco” qəzetinin, eləcə də “Telesur” telekanalının xüsusi yer tutduğunu qeyd edən diplomat mədəniyyətlərin bir-birinə yaxınlaşmasında mətbuatın önəmli rol oynadığını bildirib.

Xatırladaq ki, Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr 1995-ci il mayın 12-də qurulub. Bu ölkənin Azərbaycanda səfirliyi isə 2018-ci ilin martında fəaliyyətə başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.