İQTİSADİYYAT


Vergi Xidmətinin rəsmisi: Muzdlu işçilərə maliyyə dəstəyi verilməsi üçün siyahı artıq Maliyyə Nazirliyinə təqdim edilib VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin ikinci mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirilib ki, artıq 49 min 329 kiçik fərdi sahibkara 12,3 milyon manat dəyərində maliyyə dəstəyi göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün siyahılar hazırlanıb və Maliyyə Nazirliyinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.