İQTİSADİYYAT


Vergi mütəxəssisi: Əsas hədəflərdən biri vergi yükünün azaldılmasıdır

Vergi mütəxəssisi: Əsas hədəflərdən biri vergi yükünün azaldılmasıdır

Bakı, 27 dekabr, AZƏRTAC

Gələn ildən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilir. Artıq yeni layihə parlamentdə III oxunuşda qəbul olunub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən dəyişiklərdən birinin əmlak vergisi ilə bağlı olduğunu bildirən vergi mütəxəssisi Dilqəm Göyüşovun sözlərinə görə, növbəti ildən hava və su nəqliyyatı vasitələri istisna olmaqla fərdi sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab edilən daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi (bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə) də nəzərdə tutulur. Belə ki, hazırkı qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər tərəfindən hava və su nəqliyyatı vasitələri istisna olmaqla digər əsas vəsaitlər hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi nəzərdə tutulmayıb: “Beləliklə, binalar, tikililər və onların hissələri (sahibkarlıq fəaliyyətində istifadə olunub-olunmamasından asılı olmayaraq) üzrə əmlak vergiləri, eləcə də istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri üzrə əmlak vergiləri bələdiyyələrin büdcəsinə ödəniləcək.

Sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab edilən daşınar əmlaklar üzrə əmlak vergisinin isə dövlət büdcəsinə yönəldilməsi gözlənilir”, -deyə D.Göyüşov vurğulayıb.

Ümumilikdə isə Vergi Məcəlləsinə dəyişiklikərdə əsas hədəflərdən biri vergi yükünün azaldılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.