İQTİSADİYYAT


Vergi orqanlarında baxılmış müraciətlərin 70 faizindən çoxu müsbət həll olunub

Bakı, 27 aprel, AZƏRTAC

Cari ilin ilk rübündə vergi orqanlarına 64 min 22 müraciət daxil olub ki, bunun da 94,5 faizi ərizə, 5,4 faizi şikayət, 0,1 faizi isə təklifdir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, baxılmış müraciətlərin 70 faizindən çoxu müsbət həll olunub, 27,5 faizi barədə müvafiq izahatlar verilib, 7,8 faizi isə hazırda icradadır.

Ümumilikdə, hesabat dövründə vətəndaşlardan vergi borcları, səyyar vergi yoxlamaları, sosial sığorta ödənişləri, vergiödəyicisinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və ya əvəzləşdırılməsi və digər məsələlərlə bağlı şikayət daxil olub. Müsbət həll olunmuş şikayətlərin böyük əksəriyyəti (75,2 faizi) kameral vergi yoxlamaları ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatına 5234 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Üç ayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Vergi Xidmətinə 199 müraciət daxil olub. Vətəndaş məmnunluğunun və vergi orqanlarına olan etimadın qorunmasının vacibliyi nəzərə alınaraq, xüsusi karantin rejimi dövründə Dövlət Vergi Xidmətinin aparatında və yerli vergi orqanlarında qəbula yazılan vətəndaşların videoqəbulu təşkil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.