İQTİSADİYYAT


Vergi orqanlarında uçotda olmayan şəxslərin məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?

Vergi orqanlarında uçotda olmayan şəxslərin məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?

Bakı, 3 noyabr, AZƏRTAC

Vergiödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində vergi tutularkən məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara aparılan ödənişlərdən gəliri ödəyən şəxs tərəfindən Vergi Məcəlləsinə əsasən gəlir vergisi, habelə ödənişlərin tam məbləğindən 25 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqları tutulur.

Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.