İQTİSADİYYAT


Vergi orqanlarının banklarla məlumat mübadiləsi genişləndirilir

Bakı, 26 oktyabr, AZƏRTAC

Vergi nəzarətinin icra edilməsində vergi orqanlarının ölkədə fəaliyyət göstərən banklarla məlumat mübadiləsi mühüm bir rol oynayır. 2008-ci ildə bu mübadilənin elektron şəkildə icra edilməsi çərçivəsində mühüm addımlar atılıb, Vergilər Nazirliyi və banklar arasında Kollektiv Saziş imzalanıb.

Sazişə uyğun olaraq vergi orqanları və banklar arasında vergiödəyiclərinə bankda hesab açmaq üçün verilən şəhadətnamə-dublikatların göndərilməsinə, eləcə də vergiödəyicilərinin hesablarına qoyulan sərəncamların elektron formada banklara göndərilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov sözügedən mövzunu şərh edərək Kollektiv Saziş imzalanandan əvvəl bu sənədlərin poçt vasitəsilə banklara göndərildiyini, nəticədə sərəncamların icrasında müəyyən gecikmələr olunduğunu bildirib.

Onun sözlərinə görə, artıq bu problem keçmişdə qalıb: "Sərəncamın banka çatdırılması bir neçə dəqiqəyə yerinə yetirilir, həmçinin də sərəncamın icra olunması barədə məlumat vergi orqanlarına dərhal çatdırılır ki, bu da vergiödəyicisinin digər hesablarından eyni məbləğin silinməsinin qarşısını alır.

2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən, əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirmə qaydası kimi kassa metodunun qəbul edilməsi vergi orqanları ilə bankların məlumat mübadiləsi məsələsində yeni bir səhifə açdı. Vergi Məcəlləsinin 76.1-1 maddəsində təsbit olunmuş bu dəyişiklik ƏDV əməliyyatlarına nəzarətin icrası üçün banklar tərəfindən ƏDV qeydiyyatında olan müştərilərinin aylıq əməliyyatları barədə məlumatları ay bitdikdən sonra 10 gün ərzində vergi orqanlarına təqdim etmək vəzifəsini müəyyənləşdirib. Artıq bu prosesin yerinə yetirilməsi üçün lazımi hazırlıq işləri, demək olar ki, tamamlanıb və yaxın gələcəkdə məlumat mübadiləsi də icra olunmağa başlayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.