REGİONLAR


Vergilər nazirinin birinci müavini Beyləqanda vətəndaşlarla görüşəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov sentyabrın 20-də Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 16-19-da 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon

Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.