İDMAN


Vern: İstərdim ki, Formula 1 və Formula E yarışları birləşdirilsin

Bakı, 5 yanvar, AZƏRTAC

Formula E yarışlarının indiki çempionu, Formula 1 yarışlarında da çıxış təcrübəsi olan Jan-Erik Vern Formula E ilə Formula 1-in haçansa bir seriya şəklində birləşdirilməsinin əleyhinə deyil.

AZƏRTAC xəbər verir ki, Vern deyib: “Gələcəkdə, təqribən 2030-cu ildə yalnız elektromobillər və ən yeni texnologiyaların tətbiq edildiyi avtomobillər qalacaq. Formula 1 yarışlarında elektrikdən istifadə məsələsinə yanaşmanı tamamilə dəyişmək lazım gələcək, lakin bu məsələni mən həll edə bilmərəm. Formula 1 həmişəlik Formula 1 kimi qalacaq. Bu, avtomobil idmanı tarixində ən mühüm seriyadır”.

Vern daha sonra deyib: “Formula E Formula 1-dən bir qədər fərqlənir və mənim fikrimcə, onunla rəqabət aparmır. Lakin bəzən eşidirəm ki, günlərin bir günü bu seriya birləşə bilər. Mən istərdim ki, belə olsun, çünki bu halda həm Formula 1-in, həm də Formula E-nin ən yaxşı cəhətlərini birləşdirmək olar. Bu, heç də pis olmazdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.