CƏMİYYƏT


Vətən Müharibəsi Qəhrəmanının qızı doğum gününü yay düşərgəsində qeyd edib

Bakı, 15 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin şəhid ailələrinin övladları üçün Qubada təşkil etdiyi yay düşərgəsinin iştirakçıları arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun qızı Əsnad da var.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, burada intellektual və əyləncəli oyunlar, təlimlər, eləcə də yaradılan digər imkanlardan yararlanan Əsnad doğum gününü düşərgədə, qazandığı yeni dostları ilə birlikdə qeyd edib.

Düşərgə iştirakçıları onu 11-ci doğum günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Qeyd edək ki, agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən biri də nəzərə alınmaqla 140 nəfəri) əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.