CƏMİYYƏT


Vətən müdafiəçilərinin döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq həmişə qəlbimizdə yaşayacaq

Bakı, 3 dekabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Müzəffər Milli Ordumuzun qazandığı tarixi zəfər qəlbimizi iftixar hissi ilə doldurub. Allah bu tarixi qələbənin qazanılmasında qurban gedən şəhidlərimizə rəhmət eləsin. Düşmənlə ölüm-dirim savaşında yaralanan hərbçilərə, əsgər-zabit heyətinə şəfa diləyir, onların tezliklə sağalıb sıralarımıza qayıtmağını arzu edirəm. Vətən müdafiəçilərinin fədakarlığı, döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq həmişə qəlbimizdə yaşayacaq və illər, qərinələr boyu unudulmayacaq. Onlarla qürur duyur və fəxr edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən birinci qrup əlil Saleh Əzizli deyib.

O, 44 gün davam edən müharibə zamanı əldə edilən böyük uğur münasibətilə şəhid və qazilərimizə minnətdarlıq ifadə edib: “Ayyarım ərzində Azərbaycan Ordusu öz gücünü və nəyə qadir olduğunu göstərdi. 27-28 il soydaşlarımızın ayağı dəyməyən yerlərdə Azərbaycan bayrağı dalğalandı. Əbəs yerə demirlər ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Bizə bu Vətəni sevdirən, müqəddəsləşdirən onun üzərinə tökülən şəhid qanıdır. Şükürlər olsun ki, onların qanı itmədi, hədər yerə getmədi. Biz tarixi torpaqlarımıza qovuşduğumuz üçün onların müqəddəs ruhu qarşısında baş əyirik və onlara daim minnətdar olmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.