Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən müharibəsi qazisi: Həkimlər məsləhət görməsələr də mən döyüş bölgəsinə getməyi özümə borc bildim

Vətən müharibəsi qazisi: Həkimlər məsləhət görməsələr də mən döyüş bölgəsinə getməyi özümə borc bildim

İstanbul, 15 sentyabr, AZƏRTAC

Vətən uğrunda döyüşlər başlamazdan əvvəl mən Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər Rayon Şöbəsinin Sosial müavinətlər bölməsinin müdiri vəzifəsində işləyirdim, eyni zamanda ehtiyatda olan zabit, leytenant idim. Sentyabrın 21-də, hələ döyüşlər başlamadan könüllü olaraq hərbi xidmətə yazıldım. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinə müraciət etdim və oradan da hərbi hissəyə yollandım. Dörd gün orada hazırlıq prosesini keçdim və sonra təyinat üzrə göndərildim. Qismətdən həmlə taboruna düşdüm və buna çox şad idim. Gözümdə kiçik bir problem olduğu üçün həkimlər döyüşə qatılmağımı məsləhət görmədilər. Lakin, bu Vətən müharibəsi idi və mən də bir azərbaycanlı olaraq döyüşdə iştirak etməli idim. Bunu özümə borc bilirdim. Hər bir azərbaycanlı kimi mən də o günü gözləyirdim. Həm də döyüş zamanı artıq bir zabit də çox böyük əhəmiyyət kəsb edir. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də şəhid ola bilərdim, lakin, buna baxmayaraq indi “nə yaxşı ki, getmişəm, nə yaxşı ki, orada olmuşam” deyirəm. Döyüş bölgəsindən yaralandığımda gözümün önündə oğlum Məsud var idi. Onu bir daha görmək üçün mən sağ qalmalı idim.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz Aqil Süleymanlı deyib.

Döyüşlərə ehtiyatda olan leytenant kimi qatılan A.Süleymanlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə baş leytenant kimi hərbidən təxris edilib: “Ölkə başçımız İlham Əliyevin Sərəncamı ilə beş medalla təltif olunmuşam. Onlardan dördü Kəlbəcər, Xocavənd, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsinə görə, biri isə “Vətən uğrunda” medalıdır. Bizim ilk tapşırığımız Kəlbəcər, Murov istiqamətində idi. Sonra isə Xocavənd, Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə oldum. Oktyabrın 30-da Xocavənd rayonuna girişdə qırmızı bazar adlanan bölgədə ayağımdan yaralandım. Yanımda bir çavuş var idi. Ondan bölgədən uzaqlaşmasını istəsəm də, o, “ya birgə çıxacağıq burdan, ya da birgə öləcəyik” deyərək məni qoyub getmədi. Elə də oldu, biz birgə çıxdıq”.

Ermənilərin əsasən qadağan olunmuş güllələrdən istifadə etdiklərini qeyd edən qazimiz deyib: “Bu güllələr dəydiyi yeri parçalamaqla yanaşı, həm də yandırır. Elə bu səbəbdən də aldığım yara ayağımda sümük itkisinə səbəb oldu. Bəzi bölgələrdən dəri köçürülmələri də etdilər. Yaralandıqdan sonra təxminən üç kilometrlik yolu sürünərək geri qayıtdım, yanımdaki çavuşla birlikdə. Artıq getməyə taqətim qalmamışdı. Torpağı qazdıq və yatılı vəziyyətdə təxminən on saat orada gözlədikdən sonra bizi xilas etdilər. Bu on saatlıq müddət ərzində Azərbaycan dilində səslər gəlsə belə özümüzü göstərmək istəmirdik. Çünki, ermənilər döyüş bölgəsində də həddindən artıq çox provokasiya aparırdılar. Mərdcə döyüşə bilmirdilər. Azərbaycan dilində müxtəlif sözlər öyrənib bizi səhv istiqamətə yönləndirir, pusquya düşürməyə çalışırdılar”.

İlk əməliyyatı Ağcabədi Rayon Xəstəxanasında olan qazimiz sonra Azərbaycanda daha üç əməliyyat keçirib: “Müalicəm Azərbaycanda özəl bir klinikada aparılırdı. Prezidentimiz tərəfindən yaradılan “YAŞAT” Fondu orada məni bütün lazimi dərmanlarla təmin etdi. Sonra artıq yaramın bitişməməsi səbəbindən mənim müalicəmin Türkiyədə davam etdirilməsinə qərar verildi. Avqustun 17-si qardaş ölkəyə gətirildim. Gələn gündən Türkiyədə də üç əməliyyat keçirmişəm. Hər əməliyyatdan çıxdığımda bütün döyüş səhnələri gözümün önündə canlanır. Yəqin ki, narkozun təsirindəndir. Hər dəfə o anları yenidən yaşayıram. İndi həkimlər vəziyyətimin yaxşı olduğunu deyirlər”.

“Belə bir fondun yaradılması və bizlərə göstərilən dövlət qayğısı üçün Prezidentimiz İlham Əliyevə minnətdaram. Fondda mənimlə çox yaxından maraqlandılar. Hətta bir kredit məsələm də var idi. Onun ödənilməsində də köməklik göstərdilər. Fondun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və bir sıra məsul şəxsləri mənimlə onlayn formatda görüşdülər”, - deyən A.Süleymanlı davam edib: “Hazırda istər mənəvi, istərsə də fiziki baxımdan özümü yaxşı hiss edirəm. Çalışırıq ruh yüksəkliyimizi itirməyək. Əsas məsələ o oldu ki, biz Prezidentimizin dəmir yumruğunu ermənilərin başına endirdik, Xocalıda, Kəlbəcərdə və digər işğal olunmuş ərazilərimizdə qətliama məruz qalan soydaşlarımızın qisasını aldıq. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, Vətənimizin düşmən işğalından azad edilməsində iştirak edən, eləcə də qalibiyyətin verdiyi qürur hissini bizə yaşadan hər bir kəsə minnətdaram”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib