İDMAN


Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azfar” MMC-nin stadionunda idman könüllüləri arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, “Zəfər” komandası turnirin qalibi olub. “Mübariz” yarışı ikinci, “Polad” isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilati işlər üzrə meneceri Adilə Səfərova iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.