SİYASƏT


Vətən müharibəsində qazanılmış şanlı Qələbə diaspor quruculuğunda yeni səhifə açıb

Bakı, 20 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən komitə sədri Fuad Muradov, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını deyib.

Komitə sədri Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb. F. Muradov görüşdə Koordinasiya şuralarının və Azərbaycan evlərinin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı Azərbaycan evlərinin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, Dövlət Komitəsi tərəfindən nəşr olunan "Azərbaycan dili" dərsliyi, diaspor nümayəndələrinin Şuşa səfəri və diaspor gəncləri üçün yay düşərgələrindən də söz açılıb.

Daha sonra Münxen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov, Köln Azərbaycan Evinin sədr müavini Altay Rüstəmov və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev hesabat xarakterli çıxış edərək, Vətən müharibəsi dövründə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Çıxışlardan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və Azərbaycan evlərinin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb, 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı iş planı təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.