CƏMİYYƏT


Vətən müharibəsində yaralanan və bu gün şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçusu ilə vida mərasimi keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həkimlərin səylərinə baxmayaraq, çavuş Elşən Quluzadə yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.