Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətən müharibəsinin başlanması tarixə böyük Zəfərə gedən yol kimi düşdü

Vətən müharibəsinin başlanması tarixə böyük Zəfərə gedən yol kimi düşdü

Bakı, 22 sentyabr, AZƏRTAC

“Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”. Bu fikirlər Azərbaycan Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciətindəndir. Bu tarixi sözlərin səslənməsindən artıq bir il ötür. Təxminən bir il əvvəl - təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev səhər saatlarında rəşadətli Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamaq, “Döyüş, vur!” əmri verdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.

Deputat bildirib ki, 2020-ci il 27 sentyabr tarixə Vətən müharibəsinin başlanması, böyük Qələbə və tarixi Zəfərə gedən yol kimi düşdü. Müharibənin elə ilk saatlarında Prezident İlham Əliyev Azərbaycan Televiziyası (AzTV) vasitəsilə xalqımıza müraciət edərək dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır”. Müzəffər Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb.

“Bu, erməni faşizminin növbəti təzahürüdür”, - deyən dövlətimizin başçısı mövqeyini birmənalı və qətiyyətli şəkildə ifadə etdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacağıq!

Tarixi müraciətindən bir neçə saat sonra isə Təhlükəsizlik Şurasının iclasını çağıran Ali Baş Komandan İlham Əliyev ilk müjdəli xəbərləri çatdırdı, uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulduğunu, həmçinin Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildiyini bildirdi. Eyni zamanda, bir daha vurğuladı ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

“Həmin gün axşam saatlarında Milli Məclisin təcili xüsusi iclası çağırıldı və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul olundu. Sənəd Ali Baş Komandan tərəfindən imzalanaraq qüvvəyə mindi. Bakı şəhəri də daxil olmaqla, ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq olundu, sentyabrın 28-də isə ölkədə qismən səfərbərlik elan edildi. On minlərlə Azərbaycan gənci, Vətən sevdalıları valideynləri ilə birlikdə səfərbərlik xidmətlərinə axışdı, ata-analar öz övladlarını sevinc göz yaşları, duaları ilə Vətənin müdafiəsinə yola saldılar. Hamı bir andaca müsəlləh əsgərə döndü, dövlətinin, Ordusunun və Ali Baş Komandanın ətrafında tək yumruq kimi birləşdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz, igid, qəhrəman Azərbaycan oğulları ilk dəqiqələrdən murdar və alçaq düşmənin başına şimşək kimi çaxdılar, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydular, işğal altındakı yurd yerlərimizi bir-bir, kəndbəkənd düşmən tapdağından azad etməyə başladılar”, - deyə J.Əliyeva əlavə edib ki, Talış kəndini, Suqovuşanı, Murovdağın bir neçə yüksəkliyini erməni işğalından azad edən Azərbaycan Ordusu tezliklə Cəbrayılı, Füzulini, Hadrutu, Ağbəndi, Zəngilanı, Qubadlını, Daşaltını, Xocavəndin, Laçının və Xocalının bir sıra kəndlərini düşmən tapdağından qurtardı, onları yenidən azadlığına qovuşdurdu.

Deputat deyib ki, Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri xalqımıza Zəfər ardınca Zəfər, Qələbə ardınca Qələbə yaşatdılar. Nəhayət, 28 il 6 aylıq həsrətdən, nisgildən sonra - noyabr ayının 8-də doğma Şuşa işğaldan azad olundu. 1992-ci ilin mayın 8-də bizdən zorla qoparılan Şuşamız 2020-ci ilin noyabrın 8-də öz ruhuna, Azərbaycana qovuşdu və bununla da düşmənin, onun havadarlarının beli qırıldı. Noyabrın 9-da isə düşmənə növbəti böyük və ölümcül zərbəsini vuran Azərbaycan Ordusu bir qəsəbə, onlarla strateji yüksəklik daxil olmaqla, 72 kəndi işğaldan azad etdi. Bundan sonra isə düşmənin məğlubiyyətdən, geri çəkilməkdən, diz çökməkdən başqa yolu qalmadı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanatla münaqişəyə son qoyuldu. Bununla da Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbə və müqəddəs Zəfər qazandı, onu diz çökdürdü. 44 günlük müharibə ilə həm Qarabağ münaqişəsi başa çatdı, həm də status, status-kvo, cəbhə, təmas xətti cəhənnəmə göndərildi, gorbagor edildi.

Tarixi Qələbəmizdən cəmi bir neçə gün sonra 8 noyabr Zəfər Günü elan edilərək təqvimə salındığını deyən deputat əlavə edib ki, bu qələbə ilə Azərbaycan bütün dünyanın gözü qarşısında öz gücünü və əzəmətini nümayiş etdirdi. Dekabrın 10-da keçirilən Zəfər paradı düşmənlərimizə gözdağı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı, nitq söyləməsi birliyimizi, həmrəyliyimizi, sarsılmaz dostlumuzu bütün dünyaya bir daha nümayiş etdirdi. Hər kəs də bundan öz payını götürdü.

“Heç bir Zəfər, heç bir Qələbə itkisiz, qansız, şəhidlərsiz qazanılmır. Biz də 44 gündə minlərlə şəhid verdik, minlərlə qəhrəman övladlarımız Vətən yolunda sağlamlığını qurban verdi. Biz onların hər birinə borcluyuq, hər birinə minnətdarıq. Başda Müzəffər, Qalib Ali Baş Komandanımız olmaqla, bu Qələbəni bizə yaşadan hər kəsə təşəkkür edirik. Siz bizim fəxrimiz, qürurumuz, şanımız, şöhrətimiz, baş tacımızsınız”, - deyən deputat bildirib ki, müharibənin başa çatması ilə dağlı-aranlı Qarabağımızın dirçəldilməsi, cənnət məkanına çevrilməsi istiqamətində işlərə start verildi. “YAŞAT” Fondu və “Dirçəliş” Fondu təsis olundu, Milli Məclis tərəfindən ilin sonlarında ilk “Qələbə büdcəsi” qəbul edildi, azad olunmuş torpaqlarımızın bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı. Ən əsası, Qalib və Müzəffər Ali Baş Komandan ən sadiq silahdaşı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağımıza - Füzuliyə, Cəbrayıla, Ağdama, Şuşaya və digər bölgələrə tarixi səfərlər etdi. Hər səfər isə tarixi açılışlar, tarixi bəyanatlarla yadda qaldı.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinə diqqət çəkən deputat deyib ki, bu, qardaş ölkələrimizin hər zaman olduğu kimi, bundan sonra da birgə addımlayacağını bütün dünyaya bir daha göstərdi.

Bu gün Şuşada aparılan genişmiqyaslı işlər bu şəhərin, ümumiyyətlə, Qarabağın Azərbaycana aid olduğunu bir daha sübut edir. Biz artıq Şuşadayıq, biz artıq Qarabağdayıq! Bundan sonra heç kim Qarabağımızı bizdən ayıra bilməz. Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib