ELM VƏ TƏHSİL


“Vətəndaş saatı”nda birinci sinfə şagird qəbulu ilə bağlı suallar cavablandırılacaq

Bakı, 1 may, AZƏRTAC

Mayın 3-ü saat 16:00-da Təhsil Nazirliyinin yeni layihəsi olan “Vətəndaş saatı”nın növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciət və sualların çoxluğunu nəzərə alaraq, bu dəfə də birinci sinfə şagird qəbulu ilə bağlı suallar cavablandırılacaq. “Vətəndaş saatı”nı nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı izləmək olar. Canlı yayımda vətəndaşların qeyd edilən mövzuda ən çox müraciət etdikləri suallara aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.