Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar Prezidentə yazırlar: Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var

Vətəndaşlar Prezidentə yazırlar: Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

AZƏRTAC Prezident saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Tərtər rayonundan Svetlana Əzizova yazır: “Möhtərəm cənab Prezident, biz Tərtər rayonunda düşmənlə təmas xəttində yaşayırıq. Tərtər rayonunda elə bir küçə, elə bir ev yoxdur ki, oradan Vətənin müdafiəsinə oğul yola salınmasın. Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də var. Qazilərimiz də müharibənin hər ağrı-acısını yaşayıblar. Döyüş görmüş insanlarıq. Nankor qonşularımız yaşayış məntəqələrimizi həmişə atəşə tutub, evlərimiz dağılıb, amma bir qarış da torpaq verməmişik. Tərtər düşmənə həmişə göz dağı olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlara Sizin rəhbərliyinizlə tutarlı cavablar verildi. Biz tərtərlilər Sizi, ordumuzu dəstəkləyir, qürur duyuruq. Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Məkrli qonşularımız öz məğlubiyyətlərini görüb yeni təxribatlara əl atırlar. Düşmən əsgəri səngərdən, döyüşdən qaçır. Bizim oğullarımız isə döyüşə getmək üçün könüllü olaraq müraciət edirlər. İstər əhalinin, istər ordunun əhval-ruhiyyəsi yüksəkdir. Çünki Prezidentimiz, Ali Baş Komandanımız xalqla birgə, generallarımız ön cəbhədə əsgərlərlə birlikdədir. Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq. Tanrı Sizi və xalqımızı qorusun!”.

İmişli rayonundan İsmayıl Mehrəliyev: “Hörmətli cənab Prezident, məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur edib. Azərbaycan Ordusu düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik. Cənab Prezident, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikasının vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram”.

Lerik şəhərindən Bahar Mürsəliyeva: “Hörmətli cənab Prezident, biz daim Sizinləyik. Sizə - Ali Baş Komandanımıza inanırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyirik. Siz ordu quruculuğuna hər zaman böyük diqqət və qayğı göstərmisiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək”.

Biləsuvar rayonunun Günəşli kəndindən Elvin Əlizadə: “Hörmətli cənab Ali Baş Komandan, biz Biləsuvar gəncləri daim Sizinləyik. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin qısası alınacaq. Azərbaycan əsgərinin zəfərinə zərrə qədər şübhəmiz yoxdur. Bu inam Sizə, Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdır. Gənclər adından Sizin bütün qərarlarınızı dəstəklədiyimizi bildirir, əmrlərinizi gözləyirik”.

Bakı şəhərinin Yasamal rayonundan Günel İmanovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən fizika üzrə fəlsəfə doktoru, gənc aliməm. Hər zaman olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası bütün dünyada çox sayda problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi yalnız Azərbaycana aiddir. Buna görə Sizə təşəkkür edirik. Ən çətin məqamlarda, hər zaman hər bir vətəndaşın yanında olduğunuzu verdiyiniz qərarlarla sübut edirsiniz. Bu çətin günlərdə bunu bir daha göstərmiş oldunuz. Hörmətli Prezident, Sizin tapşırığınızla dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ehtiyacı olanlara maddi dəstək göstərilir. Mən bir vətəndaş, bir gənc alim kimi xalqa olan yüksək qayğınız üçün Sizə minnətdaram. Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür. Sizin gənclərə inanıb onları yüksək vəzifələrə layiq görməyiniz bizi çox qürurlandırır və bizə olan qayğınız bizim özümüzə inamımızı daha da artırır. Mən bir gənc alim olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Mən Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Allah Sizi qorusun!”.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Fərman Məmmədov: “Hörmətli cənab Prezident, mənim 86 yaşım var. Erməni vandallarının Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat hamı kimi məni də hiddətləndirdi. Lakin ordumuzun layiqli cavabı məni və milyonlarla azərbaycanlını bir o qədər də qürurlandırdı. Mən hər zaman ordumuza mənəvi dəstək olmağa hazıram. Ölkəmizdə olan birliyə, ruh yüksəkliyinə görə isə Sizə ayrıca minnətdarlığımı bildirirəm. Var olun, cənab Prezident!”.

Biləsuvar rayonundan Aqil Bəşirov: “Hörmətli cənab Prezident, son günlər cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan Ordusu təxribatçı düşmənə layiqli cavab verməklə ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya sübut etmiş oldu. Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Baş vermiş hadisələr, qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu. Ordumuzun bugünkü uğuru Sizin hər zaman ordu quruculuğuna böyük diqqət və qayğı göstərməyinizin bariz nümunəsidir. Biz Sizə hər zaman inanmışıq və bu gün də inanırıq. İnanırıq ki, rəhbərliyiniz və uzaqgörən siyasətinizlə Vətənimizin ərazi bütövlüyü tez bir zamanda bərpa olunacaq. Cənab Ali Baş Komandan, Sizin xarici və daxili siyasətinizi bəyənirik və biz biləsuvarlılar hər zaman yanınızda bir yumruq kimi birləşirik. Sizi əmin edirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər an ön cəbhədə döyüşməyə hazırıq. Ordumuzla və Sizinlə qürur duyuruq”.

Naxçıvan şəhərindən Muxtar Bağırov: “Möhtərəm cənab Prezident, mən ehtiyatda olan leytenant kimi Sizin "irəli" əmrinizi gözləyirəm. Bizim canımız da, qanımız da bu Vətənə, bu millətə qurbandır. Mən də bu xalqın nümayəndəsi kimi daim Sizin yanınızdayam və həmişə də yanınızda olacağam. Siz bizim əvəzedilməz liderimizsiniz. Cənab Ali Baş Komandan, bu xalq hər zaman Sizin yanınızdadır. Biz Sizin üçün canımızı da verməyə hazırıq. Allah Sizə, xalqımıza uzun ömür versin”.

Binəqədi rayonundan Rüfət Rəşidov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə iştirak edən bütün hərbçiləri dəstəkləyirəm. Sizin Azərbaycan Ordusuna verdiyiniz dəstək əvəzedilməzdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilir. Biz həm Aprel döyüşlərində, həm də bu gün Tovuz bölgəsində baş verən erməni təxribatının qarşısının alınmasına şahid olduq. Rəşadətli, qüdrətli Azərbaycan Ordusu istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək gücündədir. Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işıqlarını görürük. Əminəm ki, Cocuq Mərcanlıda, Lələtəpədə yaşanan o böyük qələbənin davamını yaxın vaxtlarda Şuşada, Xankəndidə və başqa işğal olunmuş ərazilərimizdə görəcəyik. Cənab Ali Baş Komandan, Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Çünki onun Sizin kimi Prezidenti və Ali Baş Komandanı var. Biz Sizin iradənizə güvənirik və Sizin kimi Prezidentlə qürur duyuruq. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq”.

Bakı şəhərindən Züleyxa Heydərova: “Hörmətli cənab Prezident, son günlər erməni hərbçilərinin atəşkəsi pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Ləyaqətlə, şərəflə vəzifələrini yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, Sizin komandanlığınızla bu təxribatına görə düşmənə layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”.

Ucar şəhərindən Nəzakət Qasımova: “Hörmətli cənab Prezident, bu günlər hər birimiz Azərbaycan vətəndaşı olaraq Ermənistanla sərhəddə - Tovuz rayonunda baş verən hadisələri həyəcanla izləyirik. Lakin əminik ki, qüdrətli ordumuz Sizin komandanlığınızla düşmənin layiqli cavabını verəcək və verməkdədir. Əmin olun ki, hər bir azərbaycanlı haqq işimizdə Sizinlə birlikdədir. Sizə güvənirik, cənab Prezident. Torpaq uğrunda ölən varsa, Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin. Qələbə bizimlədir”.

Səbail rayonundan Aydan Qasımova: “Hörmətli cənab Prezident, hər kəsə məlum olduğu kimi, erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücumlarının qarşısı şanlı ordumuz tərəfindən alınır. Azərbaycan gəncləri Sizə inanır və Sizinlə fəxr edir. Şərəf, namus olan Vətən torpağını qoruyan ordumuzla qürur duyuruq, cənab Prezident!”.

Tərtər rayonundan Bəhruz Köçərli: “Möhtərəm cənab Prezident, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara Azərbaycan Milli Ordusu tərəfindən verilən tutarlı cavab hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var. Xalqın dövlətin, ordunun yanında olması, keçirilən orduya dəstək aksiyaları bunun bariz nümunəsidir. Düşmənə layiqli dərs verildi. O gördü ki, bizim generallarımız da ön cəbhədə, əsgərlərimizin yanındadır. Biz fəxr edirik ki, ordumuzun belə igid generalları, zabitləri var. Allah Vətən torpağını öz qanı, canı bahasına qoruyan bütün şəhidlərimizə rəhmət eləsin”. Bu gün Azərbaycan əsgəri düşməni məhv etməyə, torpaq uğrunda canından keçməyə hazırdır. Xalq öz Prezidentinə, onun yeritdiyi siyasətə güvənir, ordumuzun qələbəsini alqışlayır. İnanırıq ki, tezliklə düşmən üzərində tam qələbə qazanacağıq. Bu qələbənin sevincini tam yaşayacağıq”.

Göyçay rayonundan Çingiz İbrahimov: “Hörmətli cənab Prezident, mən bir gənc olaraq Sizin ölkəmizin daha da güclənməsi, daha da inkişaf etməsi, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində gördüyünüz misilsiz işləri, xidmətləri dəstəkləyir, alqışlayır və bu fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına aldı. Şanlı ordumuz ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnika və canlı qüvvəsini məhv etdi, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanını yerdə qoymadı. Cənab Ali Baş Komandan, biz Sizin yanınızdayıq və Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, işğal altındakı bütün torpaqlarımızı Allahın izni ilə və Sizin rəhbərliyinizlə tezliklə düşmən tapdağından azad edəcəyik və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanacaq”.

Ağcabədi rayonunun Sarvanlar kəndindən Hikmət Orucov: “Hörmətli cənab Prezident, düşmən ordusunun Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozması, lakin igid oğullarımız tərəfindən geri oturdulması onlara növbəti dərs oldu. Mənfur qonşularımız susduruldu. Erməni rəsmilərinin öz itkilərini gizlətməsinə baxmayaraq, ordumuzun onlara vurduğu zərbə nəticəsində verdikləri böyük itkiləri hələ uzun müddət unutmayacaqlar. Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edirik. Əminik ki, Sizin rəhbərliyiniz, əsgərlərimizin zəfəri ilə torpaqlarımız düşmən tapdağından xilas ediləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq