REGİONLAR


Vətənə sevgi müqəddəs bir duyğudur

Astara, 7 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 7-də Astara Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam, Vətənin müdafiəsinə hazıram!” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, onlayn tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli bildirib ki, Vətənə sevgi müqəddəs bir duyğudur. Bu hisslər bizə analarımızın laylası ilə aşılanıb və zaman keçdikcə canımıza, qanımıza hopub. Vətəni qorumaq, Vətən üçün canından keçmək hissi ürəklərimizdə daha da möhkəmlənib. Bu gün müharibə şəraitində, torpaqlarının bir qismi düşmən tapdağı altında olan ölkəmizdə gənclərə hərbi-vətənpərvərlik hisslərini daha dərindən aşılamalı və möhkəmləndirməliyik.

Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hər an azad etmək gücündə olduğunu, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə işğalçı ölkəyə vurduğu diplomatik zərbələri, “Qarabağ Azərbaycandır və nida!” fikrinin əhəmiyyətini yüksək dəyərləndirən A.İbrahimli qeyd edib ki, bu gün hər bir Azərbaycan hərbçisi, gənci Ali Baş Komandanın döyüş əmrini gözləyir. Ermənistan işğal etdiyi torpaqlardan dinc yolla çıxmayacağı halda, son sözü Azərbaycan əsgəri deyəcək.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Rufanə Cəfərli, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Aprel döyüşlərinin iştirakçısı Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Qarabağ qazisi Aprel döyüşlərinin iştirakçısı Anar Məmmədov və başqaları çıxış ediblər.

Sonda Astara şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Həmidzadə vətənpərvərlik mövzusunda şeir söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.